Müdafiəçimiz oynamadı, komandası kubokla vidalaşdı

19:50 - 4 Fevral 2015

Türkiyə kuboku
 
Türkiyə ölkə kubokunda qrup mərhələsinin növbəti oyunları keçirilib.  
 
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budağın çıxış etdiyi "Qaziantep BB" də növbəti matçına çıxıb.
 
Komanda doğma meydanda "Qaziantepspor"la qarşılaşıb. Matç qonaqların qələbəsi ilə başa çatıb - 3:1. Millimizin üzvünün adı matçın iştirak ərizəsinə daxil edilməyib.
 
Qeyd edək ki, "Qaziantep BB" 1 xalla qrup mərhələsini sonuncu pillədə başa vurub.

Xəbər xətti