"Kayserispor" qrupu lider tamamlamağına peşman oldu

20:10 - 4 Fevral 2015

Kamran Ağayevin komandasına güclü rəqib
 
Millimizin qapıçısı Kamran Ağayevin çıxış etdiyi "Kayserispor" Türkiyə kubokunun qrup mərhələsinin son turunda səfərdə "Altınordu"nu məğlub edərək (3:0), E qrupunun birincisi kimi növbəti mərhələyə vəsiqə qazanıb.
 
Sportal.az xəbər verir ki, komanda 1/8 final mərhələsində F qrupunun ikincisi "Beşiktaş"la üz-üzə gələcək.
 
E qrupunun ikincisi olan "Fənərbaxça" isə F qrupunun lideri "Rizəspor"la qarşılaşacaq.

Xəbər xətti