İlk finalçi bəlli oldu
	 
	Afrika Millətlər Kubokunun yarımfinal mərhələsinin ilk oyunu keçirilib.
	 
	 
	Sportal.az xəbər  verir ki, Konqo Demokratik Respublikası Fil Dişi Sahili ilə qarşılaşıb. Oyun qonaq komandanın 1-3 hesablı qələbəsi iləbaşa çatıb. Bu qələbə sayəsində Fil Dişi Sahili adını finala yazdıran ilk komanda olub. Həlledici mərhələdə komandanın rəqibi Ekvatorial Qvineya - Qana cütünün qalibi olacaq.
	 
	 
	 
	Konqo DR - Fil Dişi Sahili - 1:3
	Qollar: Mbokani, 24, pen – Ture, 20, Cervinyo, 41, Kanon, 68
	 
	
	 
                      
saytlarin hazirlanmasi