İmamverdiyev oynadı, komandası darmadağına sevindi

19:50 - 5 Fevral 2015

Yoxlama matçı
 
Türkiyənin "Elazığspor" komandası yoxlama matçında qüvvəsini sınayıb.
 
Sportal.az xəbər verir ki, Cavid İmamverdiyevin çıxış etdiyi komanda şəhərin digər təmsilçisi “Yolspor”la qarşılaşıb. 
 
Komanda həvəskar liqa təmsilçisini 6:1 hesablı ilə məğlub edib. Cavid isə bu matçın 2-ci hissəsində meydana daxil olub.
 
Qeyd edək ki, PTT 1-ci Liqasında çıxış edən "Elazığspor" turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

Xəbər xətti