Debüt oyununu Kaliforniya derbisi olacaq
Xəbər verdiyimiz kimi "Liverpul"un əfsanəvi kapitanı Stiven Cerrard mövsümün sonunda komandadan ayrılacaq.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, "Los-Anceles Qalaksi" komandası ilə razılığa gələn Cerrard "Liverpul"da olduğu kimi 8 nömrə altında çıxış edəcək.
Qeyd edək ki, 34 yaşlı futbolçu debüt matçını iyulun 17-də Kaliforniya derbisi sayılan "Los-Anceles Qalaksi" - "San-Xose Ertkueiks" oyununda keçirəcəyi gözlənilir.
saytlarin hazirlanmasi