"Bakı" artıq tükənib: Bir həqiqəti əks etdirən FOTO

22:50 - 7 Fevral 2015

Kimi qınayasan?

 

Bir neçə il əvvəl heç kimin yuxusuna da girməzdi ki, bir vaxt gələcək və “Bakı” pulsuzluqdan əziyyət çəkəcək. Axı, nəinki Azərbaycan futbolunun, hətta bütün ölkənin ən səxavətli adamlarından sayılan Hafiz Məmmədovun olduğu yerdə pulsuzluq heç vaxt söhbət mövzusu olmayıb.

 

Tanınmış oliqarxın belə vəziyyətə düşməsinə hərə bir səbəb gətirir. O barədə dəqiq heç nə dəmək olmur, ancaq dəqiq olanı odur ki, “Bakı” artıq tükənib. Ən pisi odur ki, bu vəziyyətdə adamın heç kimi qınamağa dili də gəlmir. İllərdir Azərbaycan futboluna milyonlar yatıran Hafiz Məmmədovun biznes sahəsində işləri qaydasında getmir. O biri tərəfdən də 1 ildir düz-əməlli maaş ala bilməyən futbolçular da necəsə yaşamalıdır, elə deyilmi?

 

“Bakı”dakı qeyri-müəyyən vəziyyətə artıq AFFA qol qoyub. Qurumun baş katibi Elxan Məmmədov futbolçularla görüşüb və deyib ki, problemlər həll olunacaq, özü də AFFA-nn hesabına. Ancaq bu heyət və bu hazırlıqla mövsümü 9-cu pillədən daha yuxarıda başa vurmaq mümkün olacaqmı? Bəs, növbəti mövsüm necə olacaq? Suallar çox, cavablar isə yoxdur! 

 

“Bakı”nın indiki durumu bu kollajda əks olunub. Bir tərəfdə Hafiz Məmmədov, digərində isə Elxan Məmmədov. Klubun icraçı direktoru Yaşar Seyidov isə qalıb bütün proseslərin ortasında. Futbolçular isə bütün bunlardan tükəniblər...    

 

Xəbər xətti