Kamran Ağayev "18-liy"ə düşə bilmədi

17:30 - 8 Fevral 2015

"Kayserispor"dan növbəti qələbə
 
Türkiyə PTT 1-ci Liqasında 19-cu turun oyunları keçirilir. 
 
Sportal.az xəbər verir ki, milli komandamızın qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu "Kayserispor" da növbəti matçını keçirib. Komanda səfərdə yığmamızın müdafiəçisi Ufuk Budakın çıxış etdiyi "Qaziantep BB" ilə üz-üzə gəlib. 
 
Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Kamranın adı bu matçın iştirak ərizəsinə salınmayıb. Ufuk isə 90 dəqiqə meydanda olub. 
 
Qeyd edək ki, "Kayserispor" turnir cədvəlində 40 xalla 1-ci, "Qaziantep BB" isə 20 xalla 14-cü pillədə qərarlaşıb.

Xəbər xətti