"Fənərbaxça"nın futbolçusunun cəzası bəlli oldu

17:45 - 8 Fevral 2015

Caner Erkinə iki oyun komandaya kömək edə bilməyəcək
 
"Fənərbaxça" Türkiyə superliqasının 19-cu turunda evdə "Trabzonspor"la bərabərə qalıb. 
 
Sportal.az "goal.com"a istinadən xəbər verir ki, bu matçın final fitindən sonra qırmızı vərəqə alan Caner Erkinin cəzası müəyyənləşib.
 
Müdafiəçi superliqanın növbəti turunda “Qaziantepspor”la görüşdə iştirak etməyəcək. Kubokda da qırmızı vərəqə cazası olan futbolçu “Çaykur Rizespor”a qarşı matçı kənardan izləməli olacaq. 
 
Qeyd edək ki, “Trabzonspor”la oyundan sonra yan xətt hakimini təhqir edən futbolçunun cəzası arta da bilər.

Xəbər xətti