Vaqif Cavadov oynadı, Subaşiç "18-liy"ə də düşə bilmədi

20:05 - 8 Fevral 2015

19-cu turun matçı
 
Türkiyə PTT 1-ci Liqasında 19-cu turun oyunları keçirilir. 
 
Sportal.az xəbər verir ki, milli komandamızın futbolçusu Vaqif Cavadovun şərəfini qoruduğu "Boluspor" da növbəti matçına çıxıb. 
 
Komanda səfərdə yığmamızın sabiq futbolçusu Branimir Subaşiçin çıxış etdiyi "Manisaspor"la qarşılaşıb. Matç Vaqifin komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb. 
 
Cavadov hesab 1:1 olarkən, oyunun uzatma dəqiqələrində meydana daxil olub. Subaşiçin adı bu matçın iştirak ərizəsinə salınmayıb.
 
Qeyd edək ki, "Boluspor" turnir cədvəlində 26 xalla 8-ci, "Manisaspor" isə 17 xalla 17-ci pillədə qərarlaşıb.

Xəbər xətti