Müdafiəçimiz oynamadı, komandası məğlub oldu

21:10 - 8 Fevral 2015

Rail "Dənizlispor"a lazım olmadı
 
Türkiyə PTT 1-ci liqasında 19-cu turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, Rail Məlikovun çıxış etdiyi "Dənizlispor" da növbəti matçına çıxıb.
 
Komanda səfərdə "Bucaspor"la qarşılaşıb. Matç meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Rail oyunu ehtiyat oyunçular sırasından izləyib.
 
Qeyd edək ki, "Dənizlispor" turnir cədvəlində 17 xalla 16-cı pillədə qərarlaşıb.

Xəbər xətti