"Xəzər Lənkəran"ın futbolçusu: "Neftçi" "Böyük Oyun"un favoritidir" MÜSAHİBƏ

21:05 - 9 Fevral 2015

"Meydana çıxıb, sonadək mübarizə aparacağıq"
 
"Xəzər Lənkəran"ın müdafiəçisi Rasim Ramaldanovun müsahibəsi
 
- "Neftçi" ilə oyuna hazırlıq necə gedir?
- Son nəticələrə baxmayaraq, komandada atmosfer yaxşıdır. Ciddi hazırlaşırıq. Hazırlıq üçün vaxt azdır. Bərpa üçün də az vaxt qalıb. Amma fikrimcə, oyunadək hazır olacağıq.
 
- Oyundan nə gözləyirsiniz?
- Hamı bilir ki, bu oyun bizim üçün çox vacibdir. Meydana çıxıb, sonadək mübarizə aparacağıq.
 
- Yəqin ki, "Xəzər Lənkəran"ın qələbə qazanmaq şansınızın az olduğunu başa düşürsünüz...
- Şübhəsiz ki, "Neftçi" cütün favoritidir. Onların heyətində bizdəki kimi gəncləşdirmə siyasəti aparılmayıb. Həm də səfərdə oynayacağıq. Bakılılar da qış fasiləsindən sonra qələbə qazaan bilməyiblər və bizimlə görüşdə uğursuz seriyaya son qoymağa çalışacaqlar.
 
- Elə məhz bu məqam sizin işinizi daha da çətinləşdirə bilər...
- Elədir. Amma biz də ardıcıl iki məğlubiyyətlə üzləşmişik və yaxşı nəticə qazanmağı çox istəyirik. Xal toplamalı, turnir cədvəlindəki vəziyyətimizi yaxşılaşırmalıyıq. Gənclərimiz də artıq oyuna alışırlar. Fikrimcə, oyundan oyuna daha yaxşı çıxış edəcəyik.
 
- "Böyük oyun"da sizi hansı nəticə qane edəcək?
- Qələbə. Amma hər şeyi nəzərə alsaq, heç-heçə də pis nəticə sayılmayacaq?
 
- Baş məşqçinizin sözlərindən belə başa düşmək olar ki, sizin sıraya dönməyinizə sevinir. Amma "İnter"lə oyunun 73-cü dəqiqəsində əvəzləndiniz. Bu, nə ilə bağlıydı?
- Mən artıq iki ay idi ki, məşq etmirdim. Ona görə də tam hazır deyildim. Elbrus Məmmədov da məni çox yükləyib risk etmək istəmədi. Fikrimcə, "Neftçi" ilə oyunda hər şey yaxşı olacaq.(azərisport.az)

Xəbər xətti