"Beşiktaş"da şok: yeni transfer 2 ay oynamayacaq

21:25 - 9 Fevral 2015

Miloşeviç sıradan çıxdı
 
Türkiyənin "Beşiktaş" klubu ciddi itkiyə məruz qalıb. 
 
Sportal.az "goal.com"a istinadən xəbər verir ki, komandanın yeni transferi Aleksandr Miloşeviç Türkiyə kubokunun son turunda "Rizəspor"a qarşı matçın 42-ci dəqiqəsində zədələnib. 
 
Müdafiəçi artıq əməliyyat olunub. Miloşeviçin ən azı 2 ay yaşıl meydanlardan kənarda qalacağı açıqlanıb.
 
Serbiyalı futbolçu şəxsi  "twitter" hesabından bunları söyləyib: "Əməliyyatım çox uğurlu keçdi. Komandaya tez qayıtmaq üçün çox çalışacam"

Xəbər xətti