"Xəzər Lənkəran"ın sabiq futbolçusu komandasına qələbə qazandırdı VİDEO

18:00 - 10 Fevral 2015

19-cu turun matçı
 
Türkiyə PTT 1-ci Liqasında 19-cu turun oyunları keçirilib. 
 
Sportal.az xəbər verir ki, "Xəzər Lənkəran"ın sabiq futbolçusu Mbilla Etamenin çıxış etdiyi "Samsunspor" da növbəti matçına çıxıb. Komanda doğma meydanda "Alanyaspor"la qarşılaşıb. 
 
Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Samsun təmsilçisinə qələbə qazandıran qolu Mbilla Etame vurub. 
 
Qeyd edək ki, "Samsunspor" turnir cədvəlində 25 xalla 5-ci pillədə qərarlaşıb.
 

Xəbər xətti