"Həmişə Qəbələdə təzyiqlə üzləşmişik"
"Neftçi" - "Xəzər Lənkəran" (2-0) oyunundan sonra "ağ-qara"ların hücumçusu Nikolas Kanales jurnalistlərə açıqlama verib.
Sportal.az xəbər verir ki, forvard bunları dilə gətirib:
"Komandadan çox razıyam. Bu bir "el klassiko"dur qələbə qazandığımız üçün çox sevincliyəm. Nforun əvəzedici heyətdə gondərildiyi üçün sevinmirəm. Bizim 3 hücumçumuz var və kim yaxşı oyun nümayiş etdirirsə O, əsas heyət futbolçusu olacaq. Stadionda çox az sayda azarkeş var idi, bu mənə çox pis təsir etdi. Belə bir oyunda bu qədər azarkeşin olması heç də xoşagələn bir hal deyil. Növbəti turda "Qəbələ"ilə çətin oyunumuz olacaq. Həmişə Qəbələdə təzyiqlə üzləşmişik. Bundan sonra yalnız bu oyunun hazırlıqları barədə düşünməliyik."
saytlarin hazirlanmasi