"Neftçi"nin futbolçusu Xorvatiya klubunda

00:01 - 13 Fevral 2015

Qurbanov da "ağ-qaralar"dan ayrılır?
 
"Neftçi"nin futbolçusu Ruslan Qurbanovun karyerasını ölkə xaricində davam etdirə bilər. 
 
Sportal.az DSport.Az-a istinadən xəbər verir ki, Ruslan Xorvatiyanın "Hayduk" klubuna keçmək üzrədi. Danışıqlar demək olar ki, uğurla nəticələnib. Bəzi kiçik detalların həlli qalıb. Bu transferin reallaşmasında Azərbaycan millisinin xorvatiyalı baş məşqçisi Robert Prosineçkinin əli olduğu bildirilir.
 
"Hayduk" hazırda ölkə çempionatında 32 xalla 3-cü pillədə qərarlaşıb. Onu lider "Dinamo"dan (Zaqreb) 10 xal ayırır.

Xəbər xətti