"Xəzər Lənkəran"la matç "Neftçi"nin futbolçusu üçün əlamətdar oldu

13:25 - 13 Fevral 2015

Denis Silva 150-yə çatdı

 

“Neftçi”nin futbolçusu Denis Silva Azərbaycan çempionatlarında 150-ci oyununu keçirib. 

 

Sportal.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı braziliyalı müdafiəçinin yubileyi vaxtilə şərəfini qoruduğu “Xəzər Lənkəran”la qarşılaşmaya təsadüf edib. Premyer Liqada cənub təmsilçisinin heyətində debüt edən Denis 150-yə bu komanda ilə görüşdə çatıb. Azərbaycan çempionatlarında yalnız iki klubun formasını geyən arxa xətt oyunçusu ölkəmizdəki 8 mövsümdə 8 qol vurub.

 

 

mövsüm

Klub

oyun

qol

2007/08

Xəzər Lənkəran

11

0

2008/09

Xəzər Lənkəran

15

3

2009/10

Xəzər Lənkəran

16

0

2010/11

Neftçi (Bakı)

29

1

2011/12

Neftçi (Bakı)

30

1

2012/13

Neftçi (Bakı)

14

1

2013/14

Neftçi (Bakı)

25

1

2014/15

Neftçi (Bakı)

10

1

Cəmi

Xəzər Lənkəran

42

3

Cəmi

Neftçi (Bakı)

108

5

 

Cəmi

150

8

 

Braziliyalıya qədər milliləşənlər də daxil olmaqla, 8 legioner Premyer Liqada 150 və daha çox oyun keçirmişdi. Denis bu siyahıya 9-cu oyunçu kimi daxil olub. O, çempionatda ən çox matç keçirən cənubi amerikalı olduğundan, 150-yə çatan ilk belə futbolçudur.

 

yer

Futbolçu

oyun

1

Aleksandr Çertoqanov

255

2

Vladimir Levin 

231

3

Arif Daşdəmirov

222

4

Usim Nduka

208

5

Viktor İqbekoyi

207

6

Georgi Adamiya

198

7-8

Tagim Novruzov

167

7-8

Admir Teli

167

9

Denis Silva

150

Xəbər xətti