"Arif Əsədov məni anlayışla qarşıladı"
"Neftçi"nin hücumçusu Ernest Nfor əsas komandaya qayıdışı lə bağlı klubun rəsmi saytına açıqlama verib.
Sportal.az xəbər verir ki, Nfor bunları söyləyib:
"Məşqçilər heyətinin qərarına əsasən 5 gün əvəzedici komandanın düşərgəsində oldum. Məşqçilər "Simurq" və "Xəzər Lənkəran" komandalarına qarşı oyunlarda mənə şans verdilər. Sevinirəm ki, bu qarşılaşmalarda istədiyim oyunu göstərə bildim və 2 oyunda 6 xal qazandıq. Bundan sonra baş məşqçi Arif Əsədova müraciət edərək əsas komandaya qayıtmaq üçün özümü hazır hesab etdiyimi dedim. O da öz növbəsində məni anlayışla qarşıladı və müraciətimə müsbət cavab verildi. Çalışacağam ki, bundan sonra da iştirak edəcəyim oyunlarda komandama mümkün qədər faydalı olum".
saytlarin hazirlanmasi