"Fənərbaxça"ya iki şad xəbər

17:25 - 13 Fevral 2015

Futbolçular sıraya döndü
 
Türkiyənin "Fənərbaxça" klubunun aparıcı üzvlərindən sayılan Alpər Potuk və Mehmet Topal zədələrini tam olaraq sağaldıb. 
 
Sportal.az "goal.com"a istinadən xəbər verir ki, onlar komanda ilə birlikdə məşqə çıxıb. 
 
Qeyd edək ki, futbolçuların Türkiyə Superliqasının növbəti turunda "Qaziantepspor"la qarşılaşmada iştirak etməsi gözlənilir.

Xəbər xətti