"Qarabağ"ı Bakıda məğlub etməyə hazırlaşırıq" MÜSAHİBƏ

17:35 - 13 Fevral 2015

"Zaqatalada bizə qalib gəlmək mümkünsüzdür"
 
"Simurq"un hücumçusu Draqan Çeranın müsahibəsi
 
- "Qarabağ"la oyundan nə gözləyirsiniz?
- Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. "Qarabağ"ı Bakıda məğlub etməyə hazırlaşırıq. Uğurlu seriyamızı davam etdirməliyik ki, avrokuboklara vəsiqə uğrunda mübarizə apara bilək.
 
- "Qəbələ" üzərində qazandığınız qələbə barədə nə deyə bilərsiniz?
- Çox çətin oyun oldu. Amma biz yaxşı çıxış etdik. Zaqatalada bizə qalib gəlmək mümkünsüzdür.
 
- Belə qələbəni proqnozlaşdırırdınız?
- Biz sadəcə, uğurlu seriyamızı davam etdirməyə çalışırıq. Mümkün qədər yaxşı oynamağa çalışdıq. Nəyisə proqnozlaşdırmağı isə xoşlamıram.
 
- Hesab daha böyük ola bilərdi. Siz də elə düşünürsünüz?
- Əsas odur ki, üç xal qazandıq. Düzdür, bizim qol vəziyyətlərimiz çox oldu. Amma onlardan yararlana bilmədik.
 
- Son zamanlar komandanızdakı yüksəlişin sirri nədədir?
- Bizim heç bir sirrimiz yoxdur. Biz birlikdə güclüyük. Mənə elə gəlir ki, bizi qarşıda daha xoş günlər gözləyir.
 
- Bombardirlər yarışında ikinci yerdə gedirsiniz. Mövsümün sonunda birinci olmağı düşünmürsünüz?
- Şadam ki, belə bir uğurun sahibiyəm. Amma mənim üçün daha vacib olan komandamın uğurlarıdır.(azərisport.az)

Xəbər xətti