Kamran Ağayev Branimir Subaşiçə qarşı

15:55 - 14 Fevral 2015

20-ci turun matçı
 
Türkiyə birinci liqasında 20-ci turun oyunları keçirilir. 
 
Sportal.az xəbər verir ki, millimizin qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu "Kayserispor" da növbəti matçına çıxacaq. 
 
Komanda doğma meydanda Azərbaycan millisinin sabiq hücumçusu Branimir Subaşiçin çıxış etdiyi "Manisaspor"la qarşılaşacaq.
 
Qeyd edək ki, "Kayserispor" - "Manisaspor" matçı sabah Bakı vaxtı ilə saat 15-30-da başlayacaq

Xəbər xətti