"Neftçi"yə zədəlisindən şad xəbər

16:20 - 14 Fevral 2015

Yarımmüdafiəçi yaşıl meydanlara geri dönür
 
"Neftçi" Topaz Premyer Liqasının 22-ci turunda qarşılaşacağı "Qəbələ" ilə oyunun hazırlıqlarını davam etdirir.
 
Klubdan Sportal.az-a verilən məlumata görə, paytaxt təmsilçisinin gənc futbolçusu Mirhüseyn Seyidov zədəsini tam olaraq sağaldıb.
 
Baş məşqçi Arif Əsədovun şans verəcəyi təqdirdə yarımmüdafiəçi "Qəbələ" ilə oyunda iştirak edə bilər.

Xəbər xətti