Məmmədov komandadan ayrıldı
Sabah AZAL-la vacib oyuna çıxacaq "Sumqayıt"da şok olay yaşanıb.
Sportal.az rekord.az-a istinadən xəbər verir ki, komandanın futbolçusu Təvəkkül Məmmədov dünən gecə heç kimə xəbər etmədən əşyalarını toplayaraq Sumqayıtı tərk edib. Saat 15:30-da başlanan məşqdə həqiqətən də Təvəkkül yox idi. Futbolçunun hansı səbəbdən düşərgədən getdiyi rəhbərliyə də məlum deyil və hazırda bu məsələni araşdırırlar. Ehtimal var ki, "Bakı" ilə oyunun startına az qalmış adının start heyətindən çıxardılaraq onun əvəzinə Orxan Əliyevin start heyətinə daxil edilməsi Məmmədovun bu addımı atmasına gətirib çıxardıb. Yəni bu hadisədən sonra o, bir daha "Sumqayıt"da forma geyinməyəcəyini bildirib.
saytlarin hazirlanmasi