"Sumqayıt" komandanı icazəsiz tərk edən futbolçu haqda qərarını nə zaman açıqlayacaq?

00:12 - 15 Fevral 2015

Təvəkkül Məmmədov məsələsi hazırda ikinci plandadır
 
Xəbər verdiyimiz kimi, "Bakı" ilə oyunun başlamasına az qalmış əsas heyətdən adı çıxarılan "Sumqayıt"ın futbolçusu Təvəkkül Məmmədov onun yerinə Orxan Əliyevin salınmasının Prosineçkinin göstərişi olduğunu açıqlamışdı. Dünən bu hadisədən sonra Təvəkkülün komandanın düşərgəsini tərk etdiyi barədə məlumat yaymışdı. Əldə etdiyimiz xəbərə görə, oyunçu həqiqətən düşərgəni heç kimə xəbərdarlıq etmədən tərk edib. O hətta bu gün keçirilən məşq prossesinə də qoşulmayıb. 
 
Klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov bu barədə Sportal.az-a açıqlamasında bunları dilə gətirib:
 
"Hal-hazırda komandanın bütün diqqəti AZAL ilə sabah keçiriləcək oyuna yönəlib. Həftənin ilk iş günü Təvəkkül Məmmədovla bağlı klub rəsmi qərarını verəcək."

Xəbər xətti