"Fənərbaxça" darmadağınla qalib gəldi

00:59 - 15 Fevral 2015

Superliqada 20-ci tur həyəcanı
 
Dünən Türkiyə Superliqasında XX tura start verilib.
 
Sportal.az xəbər verir ki, ilk oyun gününə 3 qarşılaşma baş tutub. Turun açılış matçında "Karabükspor" və "Kasımpaşa" üz-üzə gəlib. Qarşılaşma başladığı kimi başa çatıb. Günün digər matçında "Akhisar" doğma meydanda "Ərciyəsspor"u məğlub edib 1:0. "Fənərbaxça" səfərdə "Qaizantepspor"un qonağı olub. Beləliklə, Qaizantep təmsilçisini 0:5 hesabı ilə məğlub edən İsmayıl Kartalın komandası müvəqqəti də olsa, ilk pilləyə yüksəlib.
 
 
Türkiyə Superliqası, XX tur
14 fevral
“Karabükspor” – “Kasımpaşa” 0:0
 
“Akhisar” – “Ərciyəsspor” 1:0
Qol: Ferreyra, 75
 
“Qaziantepspor” – “Fənərbaxça” 0:5
Qollar: Emenike, 7, Kuyt, 58, Sou, 60; 68, Əmrə, 72-pen

Xəbər xətti