Rail Məlikov oynadı, komandası məğlub oldu

17:30 - 15 Fevral 2015

20-ci turun matçı
 
Türkiyə birinci liqasında 20-ci turun oyunları keçirilir. 
 
Sportal.az xəbər verir ki, Rail Məlikovun çıxış etdiyi "Denizlispor"da növbəti matçını keçirib. Komanda doğma meydanda "Altınordu" ilə qarşılaşıb.
 
Matç meydan sahiblərinin 2:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Rail bu qarşılaşmada 90 dəqiqə meydanda olub. 
 
Qeyd edək ki, "Denizlispor" turnir cədvəlində 17 xalla 16-cı pillədə qərarlaşıb.

Xəbər xətti