Kamran Ağayevin komandası qələbə qazandı

17:40 - 15 Fevral 2015

20-ci turun matçı
 
Türkiyə birinci liqasında 20-ci turun oyunları keçirilir. 
 
Sportal.az xəbər verir ki, millimizin qapıçısı Kamran Ağayevin çıxış etdiyi "Kayserispor" da növbəti matçına çıxıb. Sözügedən komanda doğma meydanda yığmamızın sabiq hücumçusu Branimir Subaşiçin formasını geyindiyi "Manisaspor"la qarşılaşıb.
 
Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Kamran bu görüşü ehtiyat oyunçular sırasından izləyib. Subaşiç isə matçın 80-ci dəqiqəsində meydana daxil olub.
 
Qeyd edək ki, "Kayserispor" turnur cədvəlində 43 xalla 1-ci, "Manisaspor" isə 17 xalla 17-ci pillədə qərarlaşıb.

Xəbər xətti