Yarımmüdafiəçi "Atletiko"da?
"Arsenal"ın yarımmüdafiəçisi Santi Kazorla karyerasını yenidən İspaniyada davam etdirə bilər.
Sportal.az xarici KİV-lərə isinadən xəbər verir ki, daha əvvəl də "Malaqa", "Vilyarreal" və "Rekreativo" kimi klublarda çıxış edən 30 yaşlı futbolçu gələn mövsümdən "Atletiko"da çıxış edəcək. Kazorlanın özü də "Atletiko"ya keçidinə razılıq verib.
Qeyd edək ki, ispaniyalı futbolçu bu mövsüm "Arsenal"ın heyətində çıxdığı 35 matçda 7 qol və 8 asistlə yadda qalıb.
saytlarin hazirlanmasi