"Mançester Siti"dən "Barselona"ya

17:57 - 16 Fevral 2015

Forvard Barselonaya yollanıb
 
"Mançester Siti"nin hücumçusu Serxio Aqueronun həftə sonunu sevgilisi ilə birlikdə Barselonada keçirməsi yeni dedi-qoduları da özü ilə gətirdi.
 
İngiltərə mətbuatında yayılan xəbərə görə "Mançester Siti"nin Argentinalı hücumçusu Serxio Aquero, həftə sonunu sevgilisi "Karina Tejeda" ilə Barselonada keçirib.Argentinalı ulduz həmçinin milli komandadan yoldaşı Messi və onun sevgilisi Antonella ilə də görüşüb.
 
Sportal.az xəbər verir ki,26 yaşlı hücumçu, bazar axşamı şəxsi təyyarəsi ilə İngiltərəyə dönüb.Bu görüşmə isə ingilis mediasında dedi-qoduları da özü ilə gətirdi. Messinin Aqueronu "Barselona"da görmək istədiyi və "katalon" klubunun transfer qadağasının 2016-ci il yanvar ayında aradan qalxması ilə birlikdə "Mançester Siti"nin hücumçusunun "Barselona"ya gedəcəyi xəbərləri nəşr olundu.Messi ilə Aqueronun uzun zamandır çox yaxın dost olduqları da bilinir.
 
 
Aqueronun müqaviləsi 2019-cu ilin iyununda bitir və bu ankı bazar dəyəri 55 milyon avrodur.Həmçinin iki oyunçunun komandaları 24 Fevralda Çempionlar Liqası ikinci tur qarşılaşmasında qarşı-qarşıya gələcək.

Xəbər xətti