Kamran Ağayevin komandası "Sivasspor"la qarşılaşacaq

15:20 - 17 Fevral 2015

"Kayserispor" Superliqa klubuna qarşı
 
Türkiyə Kubokunda 1/4 final mərhələsinin püşkü atılıb
 
Sportal.az xəbər verir ki, millimizin qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu "Kayserispor"un da rəqibi müəyyənləşib. Komanda növbəti mərhələdə "Sivasspor"la qarşılaşacaq.
 
Qeyd edək ki, ev-səfər prinsipi ilə keçiriləcək 1/4 və yarımfinal mərhələsinin görüşlərinin vaxtları da məlumdur. 1/4 finalın ilk oyunları martın 3, 4, 5-də, cavab görüşləri 7, 8, 9-da, yarımfinal qarşılaşmaları isə 28, 29, 30 aprel və 19, 20, 21 may tarixlərində baş tutacaq.

Xəbər xətti