Satılmış oyun...
Rumıniyanın "Dinamo" (Buxarest) və İtaliyanın "Latsio" klubları cəzalandırılacaq.
Sportal.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, hər iki klubun adı danışılmış oyunlarda hallanır.
2007/2008 mövsümündə Çempionlar Liqasının III təsnifat mərhələsində üz-üzə gələn komandaların duelində Buxarest təmsilçisinin rəqibinə bilərəkdən uduzduğu bildirilir.
Cavab matçında fasiləyə 1:0 hesabı ilə öndə yollanan Rumıniya təmsilçisi ikinci hissədə 3 qol buraxaraq turnirdə mübarizəni dayandırıb. Həmin görüşdən dərhal sonra "Latsio" "Dinamo"nun 20 yaşlı müdafiəçisi Radu Stefanı 5,4 milyon avroya transfer edib.
2007-ci ildə klubun səhmdarlarından olan Vladimir Kon da "Dinamo"nun "Latsio"ya bilərəkdən məğlub olduğunu təsdiqləyib: "Cavab matçının fasiləsində "Dinamo"nun rəhbərliyi futbolçulardan oyunu uduzmalarını istədi. Çünki Radu Stefanın transferi ilə bağlı razılıq əldə olunmuşdu". UEFA artıq həmin oyunla bağlı araşdırmalara başlayıb.
Qeyd edək ki, bu komandalar arasında Romada keçirilən oyunda qalib müəyyənləşməyib - 1:1. Rumıniyada isə "Latsio" klubu 3:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.
saytlarin hazirlanmasi