1/8 final matçı
Çempionlar Liqasında 1/8 final mərhələsində növbəti oyunlar keçirilib.
Sportal.az xəbər verir ki, Turnirin son qalibi “Real” Almaniyada “Şalke”nin qonağı olub. Hesabı 26-cı dəqiqədə Kriştianu Ronaldo açıb. Fasiləyə bu hesabla yollanan “Kral klubu” 79-cu dəqiqədə Marselo ilə fərqi artırıb. Matçda bundan başqa qol olmayıb və “Real” “Şalke”ni 0:2 hesabı ilə məğlub edib.
“Şalke” (Almaniya) – “Real” (İspaniya) - 0:2
Qol: Ronaldo, 26, Marselo, 79