Millimiz heç-heçə etdi

12:07 - 19 Fevral 2015

Yoldaşlıq oyunu
 
Belarusda təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan milli komandası ikinci yoldaşlıq oyunu keçirib.  
 
 
Sportal.az xəbər verir ki,millimizin budəfəki rəqibi də Belarus yığması olub. Qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Azərbaycan millisinin qollarını Auqusto Sezar və Eduardo Mello vurub.
 
 
Xatırladaq ki, bu komandalar arasında fevralın 17-də keçirilmiş yoldaşlıq oyunu 2:1 hesabı ilə belaruslu futzalçıların xeyrinə yekunlaşmışdı.

Xəbər xətti