"Sumqayıt" komandanı icazəsiz tərk edən futbolçu haqda qərarını verdi

17:52 - 21 Fevral 2015

Məmmədov əvəzedici heyətə göndərildi
 
"Sumqayıt"ın futbolçusu Təvəkkül Məmmədovun komandanı icazəsiz tərk etdiyi barədə məlumat vermişdik.
 
Sportal.az xəbər verir ki, Təvəkkül artıq komandaya geri qayıdıb. O. klub rəhbərliyi və məşqçilər heyəti ilə görüşüb və üzr istəyib. Klubdan verilən məlumata görə, məşqçilər heyəti futbolçunu cəza olaraq əvəzedici heyətə göndərib.

Xəbər xətti