Cavadovlu "Boluspor" hazırlıqlarını tamamladı

20:00 - 21 Fevral 2015

Komanda növbəti oyuna çıxır
 
Türkiyənin PTT 1-ci liqasında XXI turun oyunları keçiriləcək.
 
Sportal.az xəbər verir ki, Vaqif Cavadovun çıхış etdiyi "Boluspor" səfərdə "Adana Demirspor"la qarşılaşacaq.
 
Bolu təmsilçisi matçın hazırlıqlarını tamamlayıb. Komandanın məşqində millimizin üzvü Vaqif Cavadov da iştirak edib.
 
Qeyd edək ki, "Adana Demirspor" - "Boluspor" matçı sabah Bakı vaхtı ilə saat 20:30-da başlayacaq.

Xəbər xətti