Cəmşid Məhərrəmov izlədi, Subaşiçin komandası qələbə qazandı

17:45 - 22 Fevral 2015

XXI turun matçı

 

Türkiyə PTT 1-ci liqasında 21-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Cəmşid Məhərrəmovun çıxış etdiyi "Adanaspor" da növbəti matçına çıxıb. Komanda səfərdə millimizin sabiq hücumçusu olan Branimir Subaşiçin şərəfini qoruduğu "Manisaspor"la qarşılaşıb.

 

Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Cəmşid bu qarşılaşmanı ehtiyat oyunçular sırasından izləyib. Subaşiç isə oyuna start heyətdə başlayıb və görüşün 80-ci dəqiqəsində əvəzlənib.

 

Qeyd edək ki, "Adanaspor" turnir cədvəlində 25 xalla 13-cü, "Manisaspor" isə 20 xalla 15-ci pillədə qəraralaşıb.

 

Xəbər xətti