"Sumqayıt"ın yeni transferi məşqlərə başladı

14:50 - 23 Fevral 2015

Uğur Pamuk zədəsini sağaldaraq kollektivə qoşulub
 
2014-cü ilin noyabr ayında "Sumqayıt" ilə müqavilə imzalayan lakin zədəli olduğu üçün Almaniyada əməliyyat olunan Uğur Pamuk tam sağalıb.
 
Sportal.az xəbər verir ki, 26 yaşlı futbolçu artıq komanda ilə birlikdə məşqlərə başlayıb. Uğur komandanın növbəti oyunlarına 76 nömrəli forma ilə çıxacaq.
 
Qeyd edək ki, Uğur 2012/2013 mövsümündə "Sumqayıt"da 14 qarşılaşmada meydana çıxıb (1194 dəqiqə) və 1 qol vurub. Daha sonra 2013/2014 mövsümünün ikinci yarısında yenidən "Sumqayıt"a qayıdan adıçəkilən futbolçu bu dəfə 13 qarşılaşmada 1061 dəqiqə oynayıb və rəqib qapılarından 2 top keçirib.

Xəbər xətti