Superliqa kubunda baş məşqçi istefası

17:00 - 23 Fevral 2015

Tolunay Kafkas "Karabükspor"u tərk etdi
 
Türkiyənin "Karabükspor" klubu baş məşqçisi Tolunay Kafkasla yollarını ayırıb.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki,  "Karabükspor"un Türkiyə superliqasının 21-ci turunda səfərdə "Mersin"ə 1:2 hesabı ilə məğlub olması rəhbərliyi narazı salıb.
 
Klub rəhbərliyi qarşılıqlı razılıq əsasında 46 yaşlı mütəxəssislə yolları ayırdıqlarını açıqlayıb.
 

Xəbər xətti