"Qalatasaray"da ciddi itki

00:49 - 24 Fevral 2015

Melo sıradan çıxdı
 
Türkiyənin "Qalatasaray" klubu ciddi itki ilə üzləşib.
 
Sportal.az xəbər verir ki, komandanın aparıcı futbolçusu Felipe Melo belindəki ağrıların artması səbəbindən bu gün əməliyyat olunub.
"Balıkesirspor"la oyunda zədələnən braziliyalı futbolçu "Sivasspor"la görüşdə komandasına kömək edə bilməyib. Melonun durumunun ciddi olduğu və onun mövsümün sonuna qədər yaşıl meydanlardan kənarda qalacağı bildirilir.
Qeyd edək ki, bu mövsüm 15 oyunda forma geyinən Melo cəmi bir oyunda rəqib qapısına yol tapıb.

Xəbər xətti