"Qalatasaray"ın hücumçusu derbiyə hazırlaşır

14:55 - 24 Fevral 2015

Burak Yılmaz "Kayseri Ərciyəsspor"la matçda oynamayacaq
 
Türkiyənin "Qalatasaray" klubu ciddi itkiyə məruz qalıb.
 
Sportal.az xəbər verir ki, komandanın aparıcı futbolçularından sayılan Burak Yılmaz sıradan çıxıb. "Sivasspor"la qarşılaşmada əzələsini dartan futbolçunun müalicəsi davam edir. 
 
Hücumçu növbəti turda "Kayseri Ərciyəsspor"la görüşdə komandasına kömək edə bilməyəcək. Lakin Burakın superliqanın 23-cü turunda "Fənərbaxça" ilə önəmli matçda iştirak edəcəyi gözlənilir.

Xəbər xətti