Mahir Şükürovun yeni baş məşqçisi bəlli oldu

18:26 - 24 Fevral 2015

"Qalatasaray"ın əfsanəsi...

 

Milli komandamızın müdafiəçisi Mahir Şükürovun formasını geyindiyi “Karşıyaka”nın yeni baş məşqçisi bəlli olub.

 

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yusuf Şimşəyin gedişindən sonra boş qalan posta "Qalatasaray"ın əfsanələrindən olan Ayhan Akman təyin olunub.

 

Qeyd edək ki, Ayhan Akman daha öncə “Erciyesspor”da Bülənt Qorxmazın köməkçisi vəzifəsində çalışıb.

Xəbər xətti