Yılmaz Vural yenidən Superliqada

00:28 - 25 Fevral 2015

Baş məşqçinin yeni iş yeri məlum oldu
 
Türkiyənin "Karabükspor" klubunun yeni baş məşqçisi müəyyənləşib.
 
Sportal.az xəbər verir ki, komandanı bundan sonra Yılmaz Vural çalışdıracaq.
 
62 yaşlı mütəxəssis "Karabükspor"la mövsümün sonuna qədər müqavilə imzalayıb. O, baş məşqçi vəzifəsində istefaya göndərilən Tolunay Kafkazı əvəzləyib.
 
Qeyd edək ki, son komandası "Osmanlıspor" olan Vural daha öncə "Trabzonspor", "Bursaspor", "Antalyaspor" və "Gənclərbirliyi" kimi superliqa klublarını çalışdırıb. 

Xəbər xətti