"Trabzonspor" Ərsun Yanalı yola salır

20:45 - 25 Fevral 2015

Onu Ərtoğrul Sağlam əvəzləyə bilər
 
Cari mövsüm stabil oyun sərgiləməyən “Trabzonspor”da yenidən baş məşqçi dəyişikliyi gözlənilir.  
 
Sportal.az xəbər verir ki, Xəlil Hodziçin gedişindən sonra baş məşqçi postuna gətirilən Ərsun Yanal da ümidləri doğrultmur.
 
Qara dəniz təmsilçisinin Avropa Liqasının 1/16 mərhələsində evdə “Napoli”yə 4:0 hesabıyla məğlub olması və Superliqada turnir cədvəlinin 6-cı pillədə qərarlaşması klub rəhbərliyini narazı salıb. “Trabzonspor” qarşıdakı turlarda uğursuz çıxış edərsə, rəhbərlik Yanalla yollarını ayıracağını bəyan edib. Türkiyə mətbuatında yayılan xəbərlərdə artıq klub rəhbərliyi Yanalın yerinə baş məşqçi postuna “Əskişəhərspor”dan ayrılan Ərtoörul Sağlamı gətirmək istəyir. 

Xəbər xətti