“Mançester Yunayted”in ulduz futbolçusu Zlatan İbrahimoviçə Hindistandan təklif gəlib.
Sportal.az xəbər verir ki, Hindistan liqasında çıxış edən “Delhi Dinamos”un baş məşqçisi Canluka Zambrotta bir zamanlar “Yuventus”da birlikdə oynadığı keçmiş komanda yoldaşı Zlatan Ibrahimoviçi komandasına gətirmək istəyir.
Bu barədə “İndia Express”ə danışan italiyalı baş məşqçi bunları qeyd edib:
“Zlatanın Hindistanda çoxlu fanatları var. Çox istərdim ki, o, karyerasını burada davam etdirsin. İbrahimoviçi razı etmək üçün əlimdən gələni əsirgəməyəcəm”.
Hindistan liqasında keyfiyyətin və mübarizə gücünün hər keçən gün artdığını söyləyən Zambrotta bu ölkənin futbolunun böyük dayanacaqlarından biri olacağını da sözlərinə əlavə edib.
Qeyd edək ki, bu ildən "Delhi Dinamos"u çalışdıran 39 yaşlı mütəxəssis Zlatan İbrahimoviçlə "Yuventus" və "Milan" klublarında birgə çıxış edib.
saytlarin hazirlanmasi