İngiltərə Premyer Liqasında sentyabr ayının ən yaxşı baş məşqçisinin adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, ən yaxşı adına "Liverpul”un alman çalışdırıcı Yurgen Klopp layiq görülüb. "Liverpul" 49 yaşlı mütəxəssisin rəhbərliyi ilə ötən ay Premyer Liqa çərçivəsində keçirdiyi hər üç qarşılaşmada qələbə qazanmağı bacarıb.
Qeyd edək ki, Klopp Premyer Liqada bu adı qazanan ilk alman baş məşqçidir.