Məsut Özil və Aleksis Sançesin "Arsenal"dan maaşlarının artırılmasını tələb etmələrinə London klubunun sabiq futbolçusu Perri Qrovs oyunçulara qarşı çıxıb.
Sportal.az xəbər verir ki, 2018-ci ildə müqavilələri başa çatacaq hər ki oyunçunun yeni saziş üçün həftədə 250 min funt-sterlinq məvacib istədikləri barədə çıxan xəbərlər "Arsenal" azarkeşlərini narahatlığa sövq etmişdi. Sabiq ingilis futbolçu "The Sun"a verdiyi açıqlamada bunları bildirib:
"Arsenal"ın pulu var? Bəli, var. Bu oyunçular istədikləri pulu "Arsenal"dan ala bilərlər? Xeyr, Sançes və Özil Ueyn Runi, Zlatan İbrahimoviç və Pol Poqba ilə eyni maaşı almaq şansları yoxdur. Çünki "Arsenal"ın maaş siyasəti, "Mançester Yunayted"dən fərqlidir. Əgər pul tələblərini aşağı salsalar, yeni müqavilə imzalamamaları üçün başqa bir səbəb yoxdur".
Qeyd edək ki, Qrovs 1986-92-ci illərdə "Arsenal"da çıxış edib.
saytlarin hazirlanmasi