"Barselona"nın sabiq futbolçusu Xavi keçmiş baş məşqçisi Pep Qvardiola haqda açıqlama verib.
Sportal.az xəbər verir ki, BBC-yə danışan təcrübəli futbolçu Qvardiolanın ingilis futbolundakı rolundan danışıb:
“Qvardiola ingilis futbolunu dəyişə bilər. O, dünyanın ən yaxşı çalışdırıcılarından biridir. Artıq "Mançester Siti”nin oyunlarında onun təsiri görünür. Ola bilər ki, biz böyük dəyişiklik də görəcəyik. Hazırda tamaşaçıların izlədiyi “Mançester Siti” Qvardiola tərzidir. Hətta düşünürəm ki, bu dəyişiklik artıq milli komandaya da təsir edəcək. Onun tərzində bir çılğınlıq, coşğunluq olur".
Xavi onunla birlikdə keçirdiyi 4 il ərzində öyrəndiyi təcrübədən də söz açıb:
“Biz onunla birlikdə “Barselona”da tarix yazdıq. Mənim hələ də ən xoş xatirələrim həmin dövrdədi. Onun inqilabı təkcə klubda deyil, artıq bütün dünya futbolundadır".
Qeyd edək ki, Xavi hazırda Qətərin “Əl-Sədd” klubunda oynayır.
saytlarin hazirlanmasi