Mançester Siti”nin yarımmüdafiəçisi Nolito Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Barselona”yla keçirəcəkləri qarşılaşma öncəsi maraqlı açıqlama verib.
Sportal.az xəbər verir ki, Katolon təmsilçisinin yetirməsi akademiyada olarkən Luis Enrikenin ona futbola düzgün rakursdan baxmasını məsləhət görüb. İki gün əvvəl 30 yaşını qeyd edən futbolçu gənc yaşlarında yeməyi çox sevdiyini deyib:
“Enrike akademiyada çalışarkən mənə futbola başqa cür yanaşmağımı söylədi. O, ən azı 10 kiloqram çəki atmağımı dedi. Ancaq mən yeməyi xoşlayırdım. Məşq elədikcə də iştahım artırdə və özümü sudakı balıq kimi hiss edirdim. İllər keçdi, Enrikenin doğru yol göstərdiyini anladım. Onda gördüm ki, artıq gecdir”.
saytlarin hazirlanmasi