İngiltərə Premyer Liqasının VIII turuna "Liverpul" - "Mançester Yunayted" oyunu (0:0) ilə yekun vurulub.
Sportal.az xəbər verir ki, oyundan sonra jurnalistlərə açıqlama verən "qırmızı şeytanlar"ın bş məşqçisi Joze Mourinyo oyunla bağlı fikirlərini bölüşüb:
"Media "Liverpul"un hücum xəttini dünyanın sonuncu möcüzəsi kimi göstərir, çox şişirdilib. Ancaq oyunda bunu görmədik. Müdafiə xəttimiz alınmaz qala idi. Qapıçımız De Xea yalnız iki seyv etdi. Bir qədər də yaxşı oynasaydıq, qalib gələ bilərdik".