"Lester Siti"də həyəcan təbili

17:27 - 18 Oktyabr 2016

İngiltərə çempionu “Lester Siti” cari mövsüm çətin günlərini yaşayır.

 

Sportal.az xəbər verir ki, ardıcıl məğlubiyyətlərdən sonra Klaudiyo Ranyerinin komandası 8 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb. Son turda “Çelsi”yə 0:3 hesablı yenilgi “tülkülər”in düşərgəsində panika yaradıb. “Lester Siti”inin qapıçısı Kasper Şmeyxel isə açıqlamasında narahatçılığa ehtiyac olmadığını bildirib:

 

“İndidən narahat olmağa dəyməz. Hələ birinci dövrənin ortasıdır. Qarşıda bizi çox oyun gözləyir. Turnir cədvəlində vəziyyətimizi yaxşılaşdıra bilərik. “Çelsi” məğlubiyyətindən sonra baş məşqçi toplantı keçirdi. Orda uğursuz çıxışla bağlı müzakirələr aparıldı. Artıq məğlubiyyətlərə son qoyub, növbəti oyunlarda qələbə qazanmağa çalışacağıq”.

 

 

Xəbər xətti