İngiltərənin "Vest Hem" klubunda işlər heç də yolunda getmir.
Sportal.az xəbər verir ki, Premyer Liqa klubu cari mövsümdə uğursuz nəticələri sıralayır. Bu isə baş məşqçi Slaven Biliçin istefası ilə nəticələnə bilər. Bu barədə məlumatı İngiltərə mətbuatı yayıb. Yayılan xəbərlərə görə, klub rəhbərliyi "Liverpul"la oyundan öncə xorvatiyalı çalışdırıcı ilə görüş təşkil edəcək. Rəhbərlik Biliçə daha 3 oyunda şans verməyi düşünür. Əgər xorvatiyalı 3 oyunda lazımı nəticə qazana bilməsə, onun istefası reallaşacaq.
Qeyd edək ki, "Vest Hem" hazırda 12 xalla 17-ci pillədə qərarlaşıb.